Ukrayna millisinin və London “Çelsi”sinin yarımmüdafiəçisi Mixail Mudrikin sevgilisi olan rusiyalı model Violetta Qraçova ukraynalılara müraciət ünvanlayıb.
Fanat.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında paylaşım edib:
“Ukraynalılar, mən sizi sevirəm. Mənə nifrət etməyi və profilimə spam göndərməyi dayandırın. Mən dünyada sülhün tərəfdarıyam”.
Xatırladaq ki, Mudrik bu ilin yanvarında “Çelsi”yə keçib. 22 yaşlı ukraynalı "zadəganlar"la 2031-ci ilə qədər uzunmüddətli müqavilə imzalayıb.
Mixail İngiltərə Premyer Liqasının cari mövsümündə 11 oyun keçirib və bu görüşlərdə 2 qol vurub.
Mirağa