"Roma"nın baş məşqçisi Joze Mourinyu Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində "Servett"ə qarşı keçirdikləri oyunu (1:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı çalışdırıcı fikirlərini "canavarlar"ın rəsmi saytına bölüşüb:
"Heç kim bu nəticəyə görə cəzalandırılmayacaq. Hə, Qvardiola razı qalmadığı oyunçunu qova və başqasını götürə bilər. Amma mən Qvardiolanın etdiyini edə bilmərəm. Mən yalnız oyunçuları məşqlərdə yükləyə və onlardan mümkün qədər daha yaxşı istifadə etməyə çalışa bilərəm.
Bəzi futbolçularımız məsuliyyətsizdirlər. Onlar mənə hazır olduqlarını sübut etmək istəmirlər. Bu oyunçular gəlib məndən onları daha çox oynatmağımı xahiş etsələr, deyəcəm ki, sən yalnız başqa oyunçular öləndə oynayacaqsan. Çünki komandanın yükünü həmişə eyni futbolçular daşıyırlar".
Nihat