"Vilyarreal" "Real Madrid"in ukraynalı qolkiperi Andrey Lunini qış transfer pəncərəsində sıralarına cəlb etməkdə maraqlıdır.
Fanat.Az xəbər verir ki, məlumatı "OK Diario" yayıb.
Xəbərə görə, "sarı sualtı qayıq" Andreylə bağlı planlar qursa da, İspaniya nəhəngi ukraynalı ilə gələn ay vidalaşmağı məqsədəuyğun saymır. Mənbə Tibo Kurtuanı ağır zədə səbəbindən uzun müddətə itirən "Kral klubu"nun yalnız Kepa Arissabalaqanın ümidinə qalmaq istəmədiyini və Lunini mövsümün sonuna qədər heyətdə saxlamağı hədəflədiyini vurğulayıb.
Qeyd edək ki, Lunin 2018-ci ildən "Real"dadır.