"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu İtaliya A Seriyasının 14-cü turunda "Napoli" üzərində qazandıqları qələbəni şərh edib.
Fanat.Az xəbər verir ki, türk futbolçu fikirlərini "qara-göylər"in rəsmi saytına bölüşüb:
"Qol vurduğum üçün şadam. Qələbəni oyunumuzla haqq edirdik. Bu qələbə ilə digər rəqiblərimizə böyük ismarıc göndərdik. Biz heç vaxt təslim olmuruq. İtaliyada bir-biri ilə oyunları yetərincə gərgin alınan 2-3 komanda var. "Napoli" də güclü kollektivdir. Bu matça onlardan daha yaxşı köklənmişdik".
Cari mövsüm bütün turnirlərdə 17 oyun keçirən Çalhanoğlu 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
14 tura 35 xal toplayan "İnter" A Seriyasının turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub.
Nihat