London "Arsenal"ı qış transfer pəncərəsində yarımmüdafiəçisi Tomas Partini satmağa hazırlaşır.
Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.
Mənbənin məlumatına görə, “topçular” Tomasın satışından əldə olunan pulu yeni transferlərin reallaşdırılmasına sərf etmək niyyətindədir.
30 yaşlı qanalı bu mövsüm zədə səbəbindən "Arsenal"ın heyətində cəmi 5 matça çıxaraq heç nə ilə yadda qalmayıb.
Qeyd edək ki, sözügedən oyunçu "Arsenal"a 2020-ci ilin oktyabrında "Atletiko Madrid"dən transfer olunub. İngiltərə təmsilçisi bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəyib.
Mirağa