İngiltərənin "Nyukasl" klubu "Yuventus"un hücumçusu Matias Sule ilə ciddi maraqlanır.
Fanat.Az xəbər verir ki, məlumatı "La Gazzetta dello Sport" yayıb.
Artıq 20 yaşlı argentinalının transferi ilə bağlı "sasağanlar"la "qoca sinyora" arasında danışıqlar başlayıb.
Turin nəhənginin qarşı tərəfdən 25 milyon avro tələb etdiyi bildirilir.
Matias Sule bu mövsüm "Frozinone"də icarə əsasında çıxış edir. O, sözügedən komandada 13 oyun keçirib, 6 qol vurub və bir məhsuldar ötürmə edib.
Mirağa