Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” Xorvatiya çempionatında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən komanda 17-ci tur çərçivəsində “Slaven Belupo” ilə qarşılaşıb.
Zaqreb təmsilçisi səfərdə qarşılaşdığı bu rəqibinə 2:0 hesabıyla qalib gəlib. Emreli bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
"Dinamo" hazırda 30 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.