Uruqvaylı ulduz Luis Suares qol vurduğu matçdan sonra bir mövsüm çıxış etdiyi Braziliyanın "Qremio" komandası ilə vidalaşıb.
Fanat.Az "Yeni Şafak"a istinadən xəbər verir ki, Braziliya A Seriyasının 37-ci həftəsində “Qremio” öz meydanında “Vasko da Qama”nı 1:0 hesabı ilə məğlub edib.
Matçda yeganə qolu 46-cı dəqiqədə Luis Suares vurub. 36 yaşlı ulduz futbolçu bu matçdan sonra "Qremio" ilə vidalaşıb.
Nahid Məmmədov