İngiltərəli hücumçu Eddi Nketia qış transfer pəncərəsində Londonun "Arsenal"ını tərk edə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Transfers" yayıb.
Mənbənin məlumatına görə, Premyer Liqanın son vitse-çempionu yanvarda 24 yaşlı futbolçunun satışı ilə bağlı təkliflərə baxmağa hazırdır.
Onun "Arsenal"la hazırki müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. "Transfermarkt" forvardın dəyərini 30 milyon avro qiymətləndirir.
Nketia bu mövsüm İngiltərə Premyer Liqasında 14 matçda iştirak edib və 5 qol vurub.
Mirağa