Almaniya çempionatının 13-cü turu çərçivəsində keçirilməli olan, Münhenə yağan güclü qar üzündən təxirə salınana "Bayern Münhen" - "Union Berlin" matçının nə vaxt keçiriləcəyi açıqlanıb.
Fanat.Az Bundesliqanın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma yanvarın 24-də baş tutacaq.
Hazırda 32 xalı olan "Bayern" Almaniya birinciliyinin turnir cədvəlində 2-ci pillədə mövqe tutubsa, 7 xala malik "Union" 18-ci yerdədir.