Fransa millisinin və "Nitsa"nın müdafiəçisi Jan-Kler Todibo istintaq orqanlarına yeni ifadə verib.
Fanat.Az "Lequipe"-yə istinadən xəbər verir ki, futbolçu ifadəsində keçmiş məşqçisi Kristof Qaltyeni ona qarşı dini ayrıseçkilikdə günahlandırıb.
Mənbənin məlumatına görə, onun dedikləri məşqçinin işi üzrə məhkəmə iclasına cəmi 10 gün qalmış ittiham aktına əlavə edilib.
Todibo ifadəsində bildirib ki, Qaltye onu Ramazan orucunu pozmağa məcbur edib. Bundan başqa, fransalı mərkəz müdafiəçisi əlavə edib ki, "Nitsa"dakı digər insanlardan Qaltyenin onu “sələfi” və “terrorçu” adlandırdığını öyrənib.
Fransanın müvafiq orqanları çalışdırıcını mənəvi təqibdə, həmçinin etnik, irqi və ya dini ayrı-seçkilikdə ittiham edib ki, bu da üç il həbs cəzası və 45 min avro cərimə nəzərdə tutur. Hazırda Qətərin “Əl Duhail” klubunda olan məşqçi keçmiş həmkarı və "Nitsa"nın idman direktoru Jülyen Fornyenin elektron poçtu ictimaiyyətə açıqlandıqdan sonra ortaya çıxan iddiaları dəfələrlə təkzib edib.
Məhkəmə tarixi dekabrın 15-nə təyin edilib.
Mirağa