"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının növbəti turunun oyununda - "Aston Villa" ilə matçda texniki zonada ola bilməyəcək.
Fanat.Az xəbər verir ki, o, "Luton Taun"a qarşı dünən keçirdikləri çempionat görüşündə 3-cü sarı vərəqəsini alaraq cəzalı duruma düşüb.
İspan mütəxəssis qələbə ilə başa vurduqları bol qollu səfər matçından sonra "beIN Sports"a danışıb: "Yerimdə otura bilmədim. Bu, emosiyaların nəticəsi idi. Sarə vərəqədirsə, sarı vərəqə olsun".
Qeyd edək ki, oyun "Arsenal"ın 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Nihat