"Atletiko Madrid"də çıxış edən Çağlar Söyüncü karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az "ElDesmarque"-yə istinadən xəbər verir ki, İstanbul nəhəngləri "Fənərbaxça" ilə "Beşiktaş" onun xidmətində maraqlıdır.
Mənbənin məlumatına görə, mövsümün əvvəlində “Lester”dən ayrılaraq "Atletiko"ya azad agent kimi keçən Çağlar Madrid komandasında az oyun keçirməsinə görə durumundan narazıdır. Onun sabit oynaya biləcəyi komandaya getmək istədiyi bildirilir.
Qeyd edək ki, 27 yaşlı Çağlar Söyüncü bu mövsüm "Atletiko Madrid"də cəmi 4 matçda forma geyinmək şansı qazanıb.
Nahid Məmmədov