“Mançester Siti” İngiltərə Premyer Liqasında ardıcıl dörd oyundur ki, qələbə qazana bilmir.
Fanat.Az xəbər verir ki, bu görüşlərdə üç dəfə heç-heçə edib bir məğlubiyyətlə üzləşən "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola uğursuz seriyadan danışıb.
BBC ispan mütəxəssisin dediklərini belə çatdırıb.
“Birinci yerdən altı xal aralı düşdük. Təbii ki, zirvədə olmaq istərdik. Amma üç dəfə bərabərə qaldıq, indi isə uduzduq. Komanda çox çalışmalı və bu vəziyyətdən çıxmalıdır. Qələbələrdən asılı olaraq dinamika dəyişir. Bir qələbə kifayət edəcək ki, vəziyyət dəyişsin”.
Qeyd edək ki, “Mançester Siti” son oyunda“Aston Villa”ya 0:1 hesabı ilə uduzub.
Mirağa