"Mançester Yunayted"in yarımmüdafiəçisi Sofyan Amrabat İngiltərə Premyer Liqasının 15-ci turunda "Çelsi" üzərində qazandıqları qələbədən sonra açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Manchester Evening News" onun dediklərini belə çatdırıb:
"Olduqca önəmli matçı qələbə ilə başa vurduğumuz üçün xoşbəxtəm. Mövsümə istədiyim kimi başlaya bilməməyim normaldır. Özümə haqq qazandırmağa çalışmıram, amma mövsümöncəsi hazırlıq keçməmişəm. Bu, istənilən futbolçuya çətinlik yaradan məqamdı. Uyğunlaşma üçün müəyyən zamana ehtiyac olur, anaq vaxt yox idi. Komandanın mənə ehtiyacı olduğu üçün dərhal işə başladım. Mən döyüşçüyəm və baş məşqçi mənə ehtiyac duyursa, ona "yox" demərəm".
Amrabat cari mövsüm MY forması ilə 8 İPL matçına çıxıb. 27 yaşlı mərakeşli bu qarşılaşmalarda məhsuldar göstəricilərlə yadda qalmayıb.