"Lill"in müdafiəçisi Tyaqu Dyalu karyerasını daha məşhur Fransa klubunda davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Gazzetta dello Sport" yayıb.
Mənbənin məlumatına görə, PSJ 23 yaşlı futbolçunu transfer etməkdə maraqlıdır.
Paytaxt nəhəngi Dyalunun transferini yanvardakı transfer pəncərəsində rəsmiləşdirməyi planlaşdırır. Müdafiəçini PSJ-dən başqa, "Atletiko Madrid" və "Yuventus" klubları da heyətinə qatmağa çalışır.
Dyalunun "Lill"lə müqaviləsinin müddəti 2024-cü ilin ortalarına qədərdir. "Transfermarkt" portuqaliyalı oyunçunun bazar dəyərini 16 milyon avro qiymətləndirir.
Mirağa