MLS-in pley-off mərhələsinin "Kolumbus"la final matçı"Los-Anceles"in italyan müdafiəçisi Corco Kyellininin karyerasında sonuncu oyun ola bilər.
Fanat.Az xəbər verir ki, "Goal"-a danışan 39 yaşlı futbolçu tezliklə butslarını mıxdan asa biləcəyinə işarə vurub.
“Mən başa düşməliyəm ki, kimi dinləməliyəm: başımı, ürəyimi, ya ayaqlarımı. Çox fərqli siqnallar var... Bu, mənim son oyunum ola bilər, görərik”.
İtalyan futbolçu 2022-ci ildən "Los-Anceles"də çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 28 oyun keçirib və 1 qol vurub.
"Kolumbus" - "Los Anceles" matçı dekabrın 10-a keçən gecə baş tutacaq.
Mirağa