"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının 4 oyunluq qələbəsizlik seriyasının qırması üçün hansı addımları atmalı olduğu haqda danışıb.
Fanat.Az xəbər verir ki, "City Xtra" onun dediklərini belə çatdırıb:
"Bu vəziyyətdə bir addım geri çəkilməli və özümə kənardan baxıb deməliyəm: "Ey, Pep, oyan! Nəsə qaydasında deyil. Adamlarınızla birlikdə təhlil aparın, nə baş verdiyini və niyə son dörd matçda qalib gələ bilmədiyinizi qiymətləndirin. Axı əvvəllər indikindən pis oynayanda da qalib gəlirdiniz. Haydı!"
Xatırladaq ki, Qvardiolanın komandası İngiltərə Premyer Liqasının son dörd oyununda üç dəfə heç-heçə edib, bir dəfə məlub olub. Mançester təmsilçisi “Çelsi” (4:4), “Liverpul” (1:1) və “Tottenhem” (3:3) ilə bərabərliyə razılaşıb, “Aston Villa”ya isə uduzub - 0:1.
Nihat