"Barselona"nın müdafiəçisi Ronald Arauxo iş yerini dəyişməklə bağlı yekun qərarını verib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Ferran Martinez yayıb.
Xəbərə görə, "Bayern Münhen"in heyətinə qatmaq istədiyi uduqvaylı qışda Kataloniya təmsilçisini tərk etməməkdə israrlıdır. Mənbə onun ən azı cari mövsümün sonuna qədər "Barsa"da qalacağını, yalnız yayda münhenlilərin təklifi haqda düşünəcəyini vurğulayıb.
Daha öncə "Bayern"in baş məşqçisi Tomas Tuxelin şəxsən Arauxoya zəng vuraraq onu komandasına dəvət etdiyi bildirilmişdi.