"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti La Liqanın 16-cı turunda "Betis"ə qarşı keçirdikləri matçdan (1:1) danışıb.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin dediklərini "Sport.es" belə çatdırıb:
"Hər iki tərəfin yaxşı çıxış etdiyi yaxşı matç oldu. Nəticə ədalətlidir. Daha yaxşı olduğumuz bir vaxtda qol buraxdıq, amma “Betis” də bizim kimi yaxşı oynadığı üçün uduzmağa layiq deyildi. Bəzən hər şey istədiyimiz kimi olmur".
Qeyd edək ki, 16 oyuna 39 xal toplayan "Real" hazırda La Liqanın turnir cədvəlinin zirvəsində qərarlaşıb.