İspaniya millisinin sabiq baş məşqçisi Robert Moreno "Soçi" klubunu çalışdırmağa yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə “Sport-Express” məlumat yayıb.
Mənbənin məlumatına görə, danışıqlar üçün Rusiyaya gələn 46 yaşlı ispaniyalı mütəxəssislə müqavilənin rəsmiləşməsi an məsələsidir.
Qeyd edək ki, Morenonun son iş yeri "Qranada" olub (2021-2022). O, 2014-2017-ci illərdə "Barselona"nın məşqçilər korpusunda yer alıb. Moreno 2019-cu ildə İspaniya millisinə rəhbərlik edib.
"Soçi" Rusiya Premyer Liqasının aşkar autsayderidir.
Mirağa