"Liverpul"un qapıçısı Alison Beker hədəflərinin çempionluq olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Liverpool Echo" onun dediklərini belə çatdırıb:
"Bizim üçün hər matçda qalib gəlmək çox vacibdir. Məqsədimiz çempionluqdur. Amma möhkəm dayanmalı, oyundan-oyuna irəliləməliyik. Növbəti matç bizim üçün ən vacib oyundur. Biz çempion çempion olanda da hər oyuna xüsusi önəm vermişdik. Mövsümün sonunda harada olduğumuzu görəcəyik.
Qeyd edək ki, 16 tura 37 xal toplayan "Liverpul" İngiltərə Premyer Liqasının turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Yürgen Kloppun komandası "Arsenal"ı 1 xal qabaqlayır.
Nihat