Türkiyənin "Beşiktaş" klubu rəsmi saytı vasitəsi ilə pis oynadıqları üçün beş futbolçunun heyətdən kənarlaşdırıldığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, bunlar Vensan Abubakar, Valentin Rozye, Erik Bayi, Rəşid Gezzal və Jan Onanadır.
İstanbul klubu adları çəkilən oyunçuların komanda ruhuna uyğun olmadıqlarını və yeni heyət müəyyənləşdiriləcəyini bəyan edib.
Türkiyə Super Liqasının geridə qalan 15 turundan sonra 26 xalı olan "Beşiktaş" turnir cədvəlinin 5-ci pilləsində mövqe tutub. "Qara qartallar" lider "Fənərbağça"dan 14 xal geri qalırlar.