"Mançester Yunayted"in sabiq futbolçusu Maykl Ouen "qırmızı şeytanlar"ın durumunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, əfsanəvi ingilis bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Hazırda “Mançester Yunayted” üçün yaxşı heç nə görmürəm. Liqa Kubokundan düşmə, Çempionlar Liqasında qrup mərhələsindən çıxma ehtimalı, Premyer Liqanı qazanmaq şansı yoxdur.
Səbəb? Ortabab transferlər, şokedici nəticələr, məşqçi ilə futbolçular arasında mübahisələr, meydanda liderin olmaması, oyunlara heyətin düzgün seçilməsi... Hər şey dəyişməlidir, çünki bu komanda yaxşı deyil. Sırada isə "Bayern", sonra isə Enfild səfəri var”.
Qeyd edək ki, "Mançester Yunayted" hazırda Premyer Liqa turnir cədvəlində 6-cı, Çempionlar Liqasında isə sonuncu, 4-cü yeri tutur.
Mirağa