Afrikada 2023-cü ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, "Napoli"nin və Nigeriya millisinin hücumçusu Viktor Osimhen "qara qitə"nin ən yaxşısı seçilib.
Bu barədə Afrika Futbol Konfederasiyası sosial şəbəkə hesabında xəbər paylaşıb.
Xatırladaq ki, Osimhen 2023-cü ildə “Napoli”nin uğurunun yaradıcılarından biri olmuşdu. Onunla birlikdə "adzurrilər" İtaliya çempionu, forvardın özü isə 26 qol vuraraq çempionatın bombardiri olub.
24 yaşlı Osimhen 2020-ci ildən "Napoli"nin oyunçusudur. Viktorun komanda ilə müqaviləsinin müddəti 2025-ci il yayın ortalarına qədər qüvvədədir. Bu mövsüm Viktor A Seriyasında 6 qol vurub.
Mirağa