Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının ulduz hücumçusu Kriştianu Ronaldu növbəti uğura imza atıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalının "Kral Kuboku"nda “Əl-Şəbab”a vurduğu qol onun 2023-cü ildə 50-ci qolu olub.
Bu barədə tanınmış insayder Fabritsiio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Ronaldunun komandası səfərdə “Əl-Şəbab”la görüşdə 5:2 hesabı ilə qalib gəlib. Beləliklə, "Əl-Nəsr" "Kral Kuboku"nun yarımfinalına vəsiqəni təmin edib.
Xatırladaq ki, Kriştianu Ronaldu 2023-cü il yanvar ayının əvvəlində “Əl-Nəsr”ə keçib. Əfsanəvi portuqaliyalı Səudiyyə Ərəbistanı klubuna "Mançester Yunayted"dən keçib.
Mİrağa