"Mançester Yunayted"in müdafiəçisi Rio Ferdinand "qırmızı şeytanlar"ın indiki durumundan danışıb.
Fanat.Az xəbər verir ki, "Metro" onun dediklərini belə çatdırıb:
"Hansı futbolçu "Mançester Yunayted"ə keçəndən sonra daha yaxşı olub? Varan? Təbii ki, yox. Bəlkə Kazemiro? O da həmçinin. Bu gün klub yalnız Fernandeşi böyük məbləğə sata bilər. Başqa kimi? Məsələn, MY Van-Bissakanı aldığı qiymətə, 58 milyona sata bilər? Hoylundu? Yox! Sançonu? Yox! Siyahını uzada da bilərəm".
Qeyd edək ki, 16 tura 27 xal toplayan "Mançester Yunayted" İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı pillədə mövqe tutub.