Ukraynanın “Metalist 1925” klubunun avtobusu oyun zamanı yerli polis tərəfindən müsadirə olunub.
Fanat.Az xəbər verir ki, informasiyanı hüquqşünas Yuri Yurçenko sosial şəbəkə hesabında paylaşım edərək yayıb.
Hadisə Xarkov təmsilçisinin “Aleksandriya” ilə ev oyununun (0:3) gedişində baş verib. Avtobus “Levıy Bereq” stadionunun yanında müsadirə edilərək cərimə meydançasına aparılıb.
Buna səbəb “Metalist FK"-nın kreditorlara, o cümlədən futbolçulara borclu olmasıdır. Avtobus hərraca çıxarılacaq və borcların müəyyən hissəsi bu şəkildə ödəniləcək.
Qeyd edək ki, "Metallist 1925" "Metallist FK"-nın varisidir.
Mirağa