Almaniyanın "Union Berlin" klubunun müdafiəçisi Leonardo Bonuççi məşqçi olacağı təqdirdə çalışdırmaq arzusunda olduğu klubun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Marca" italyan oyunçunun dediklərini belə çatdırıb:
“Peşəkar karyeramı “Yuventus”da bitirmək istəyirdim. Amma bu olmadı. Futbolçu karyeramı bitirdikdən sonra yaxşı məşqçi olsam, bir gün “Yuventus”un sükanı arxasında olacağıma ümid edirəm. Beləliklə, sevimli klubuma bu rolda qayıtmaq istərdim".
Qeyd edək ki, 39 yaşlı Bonuççi 12 il "Yuventus"un formasını geyinib.
Mirağa