"Bayern Münhen"in hücumçusu Harri Keyn unikal nəticəyə imza atıb.
Fanat.Az xəbər verir ki, ingilis hücumçu cari mövsüm 30 məhsuldar göstərici ilə yadda qalıb.
"Bayern" forması ilə bütün turnirlərdə çıxdığı matçlarda 22 qol vuran Harri 8 məhsular ötürmə ilə də yadda qalıb. "Böyük beşlik" ölkələrinin çempionatlarında bunu başqa heç bir futbolçu bacarmayıb.
Xatırladaq ki, bu yay "Tottenhem"dən transfer edilən Keyn müddəti 2027-ci ilə qədər nəzərdə tutulan müqaviləyə imza atıb.
Nihat