Çempionlar Liqasının qrup mərhələsinin son turunda "Bayern Münhen"ə uduzaraq (0:1) avrokuboklarla vdalaşan "Mançester Yunayted" cari mövsüm çıxdığı rəsmi qarşılaşmaların tən yarısında məğlub olub.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" niderlandlı baş məşqçi Erik ten Haqın rəhbərliyi altında bütün turnirlərdə 24 görüş keçirib.
16 Premyer Liqa oyununda 7, 6 Çempionlar Liqası görüşündə 4, 2 İngiltərə Liqa Kuboku qarşılaşmasında 1 dəfə yenilgi acısı dadan MY ümumilikdə 12 dəfə yenilib.