“Qəbələ”nin sabiq forvardı Ceyms Adeneyi Türkiyə "Tuzlaspor"u ilə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, 30 yaşlı nigeriyalı hücumçu bu barədə "Instagram" hesabında paylaşım edib.
O, klubla və məşqçilər heyətinə ənənəvi qaydada minnətdarlığını bildirib.
Adeneyi 2018-2021-ci illər aralığında "Qəbələ"də top qovub. Sözügedən oyunçuötən ilin yayından Tuzla təmsilçisində çıxış edirdi.