"Mançester Siti"nin və "Barselona"nın sabiq hücumçusu Serxio Aquero "Real Madrid"in braziliyalı ulduzları Vinisius və Rodriqoya qarşı irqçi fikirlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, argentinalı buna görə onların özlərini günahlandırıb.
“Football Tweet” Aqueronun dediklərini belə çatdırıb:
“Bu ikisi matç zamanı rəqibləri haqqında çox pis şeylər deyirlər. Lakin hamı bu barədə susur. Eyni zamanda, kimsə onlara xoşagəlməz bir şey deyən kimi səs-küy qaldırırlar. Ancaq hamı onu da bilir ki, belə təxribatçı hərəkətə görə adamın başına nə gələcək”.
Qeyd edək ki, Vinisius cari La Liqa mövsümündə 10 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Rodriqo da öz növbəsində 16 oyun keçirib, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa