PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Paris klubunun baş məşqçisi Luis Enrikenin işini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, UEFA-nın saytı qətərli klub funksionerinin dediklərini belə təqdim edib:
“Enrikenin rəhbərliyi altında keçirilən ilk oyundan çox xoşbəxt idik. O, bizim oyun üslubumuzu təkmilləşdirmək üçün çox yaxşı iş gördü. Biz eyni ruhda davam etmək istəyirik. Məşqçimiz həqiqətən motivasiyalıdır və biz hamımız eyni dalğa uzunluğundayıq”.
Enrike PSJ-nin sükanı arxasında ilk mövsümünü keçirir. Onun rəhbərliyi altında parislilər hazırda Liqa 1-in turnir cədvəlinə başçılıq edir. Eyni zamanda, paytaxt klubu Çempionlar Liqasının qrupunda 2-ci yeri tutaraq pley-off mərhələsinə yüksəlib.
Mirağa