“Atletiko Madrid”in hücumçusu Antuan Qrizmann komandasının lideridir.
Fanat.Az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Dieqo Simeone isə komandasının Fransa millisinin oyunçusundan asılılığından narazıdır.
"Marca" argentinalı mütəxəssisin bu barədə dediklərini belə çatdırıb.
“İnanıram ki, komanda özünü mümkün qədər məhsuldar göstərməli və Qrizmann kimi oyunçunun bacarığından asılı qalmamalıdır. Biz bir oyunçudan daha çox komanda olmalıyıq”.
Qeyd edək ki, Qrizmann bu mövsüm 22 oyun keçirib və 14 qol vurub.
Mirağa