"Napoli"nin yarımmüdafiəçisi Elif Elmasın "Leyptsiq"ə transferi baş tutmaq üzrədir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, klublar almanların 24 yaşlı şimali makedoniyalıya görə italyanlara ödəyəcəyi məbləğ - 25 milyon avro barədə razılığa gəliblər.
“Öküzlər” futbolçunun özü ilə də şəxsi müqaviləsinin şərtlərini razılaşdırıblar. Beləliklə, hər şey yanvarda - transfer pəncərəsi açılanda futbolçunun Almaniyaya köçməsinə doğru gedir.
"Napoli" Elması 2019-cu ilin yayında "Fənərbağça"dan 16,4 milyon avroya alıb.
Bu müddət ərzində o, neapolluların heyətində bütün turnirlərdə 189 matçda iştirak edib, 19 qol vurub, 11 məhsuldar ötürmə edib.
Mirağa