"Qalatasaray" qış fasiləsində heyətini gücləndirməyə hazırlaşır.
Fanat.Az "Karar"a istinadən xəbər verir ki, İstanbul klubu "Arsenal"ın misirli yarımmüdafiəçisi Mohamed Elneni ilə maraqlanır.
Mənbə bildirir ki, "Beşiktaş"ın sabiq yarımmüdafiəçisinin hazırda bazar dəyəri 4,5 milyon avrodur.
Qeyd edək ki, "Arsenal" forması ilə bu mövsüm 4 matçda meydana çıxan ulduz yarımmüdafiəçi hesaba töhfə verə bilməyib.
Nahid Məmmədov