İngiltərənin cari mövsüm qeyri-sabit təsir bağışlayan "Mançester Yunayted" klubu qış fasiləsində heyətini gücləndirməyə hazırlaşır.
Fanat.Az "Foot Mercato"ya istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın transfer hədəfi "Everton"da çıxış edən gənc yarımmüdafiəçi Amadu Onanadır.
Mənbə bildirir ki, "Everton" Onananın transfer dəyərini 55 milyon avro olduğunu bildirib.
Qeyd edək ki, Onana bu mövsüm "Everton" forması ilə Premyer Liqada 13 matçda 1 qola imza atıb.
Nahid Məmmədov