Braziliyanın "Fluminense" komandasının baş məşqçisi Fernando Diniz klublararası dünya çempionatının finalından - bu gün "Mançester Siti"yə qarşı keçirəcəkləri həlledici oyundan danışıb.
Fanat.Az xəbər verir ki, jurnalist Alfredo Pedullanın saytı Dinizin dediklərini belə çatdırıb:
"Dünyanın ən güclü komandasına qarşı oynamalıyıq. Amma bu fakt bizim qələbə arzulamağımıza mane olmamalıdır. Bu anı "Fluminense"yə gələndən gözləmişəm".
Qeyd edək ki, final qarşılaşmasının start fiti Bakı vaxtı ilə 22:00-da səslənəcək.