"Napoli"nin prezidenti Aurelio De Laurentis qış tranfer pəncərəsi dönəmində bir neçə transfer edəcəklərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Corriere dello Sport" onun dediklərini belə çatdırıb:
"Yanvarda üç yeni oyunçu ilə müqavilə bağlayacağıq. Bunlardan biri mərkəz müdafiəçisi, digəri sağ cinah müdafiəçisi, o biri isə Di Lorentsonun əvəzləyicisi olacaq yarımmüdafiəçidir. Ola bilsin ki, iki yarımmüdafiəçi ilə gücləndik".
Qeyd edək ki, 16 tura 27 xal toplayan "Napoli" hazırda A Seriyasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Neapol təmsilçisi İtaliya Kubokunun 1/8 finalında "Frozinone"yə 4:0 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.