"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klublararası dünya çempionatının finalından - bu gün Braziliyanın "Fluminense" komandasına qarşı keçirəcəkləri həlledici oyundan danışıb.
Fanat.Az xəbər verir ki, ispaniyalı çalışdırıcı fikirlərini "şəhərlilər"in rəsmi saytına bölüşüb:
"Klublararası dünya çempionatının finalında emosiyasız mübarizə aparmaq mümkün deyil. Emosiya təbii ki, var. Əsas olan bunun öhdəsindən necə gəlməkdir.
Artıq 4-cü dəfədir ki, buradayam. İlk dəfə 2009-cu ildə "Barselona" ilə gəlmişdim. 90+3-cü dəqiqədə qol vurub oyunu əlavə vaxta daşımışdıq. Favorit sayılsaq da, uduzmuşduq. Onda Braziliya və digər Cənubi Amerika klubları ilə rəqabətin necə çətin olduğunu anlamışdım".
Qeyd edək ki, final qarşılaşmasının start fiti Bakı vaxtı ilə 22:00-da səslənəcək.