Niderland kubokunun 1/16 final mərhələsində 36 qat ölkə çempionu “Ayaks” həvəskarlardan ibarət “Herkules” komandasına 2:3 uduzub.
Fanat.Az xəbər verir ki, sensasiyalı nəticə ilə yadda qalan görüşdə qazanan təkcə "Herkules" olmayıb.
Sözügedən komandanın futbolçusu Tim Petersin tələbə dostları oyundan daha mənfəətli ayrılıblar.
Belə ki, "Ayaks"ın uğursuz çıxışına görə tələbələr 11 min avro qazanıblar. "Mijn Overheid" xəbər verir ki, görüşdə dubl müəllifi olan Pitersin dostları bu məbləği mərcdən əldə ediblər. Onlar dostlarının matçda qol vuracağına hərəyə 5 avro mərc ediblər. Piterin qol vurmasına isə 751 əmsal verilib.
Beləliklə, üç dost 11 min avro irəli düşüblər.
Mirağa