İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində keçirilən matçda "Çelsi" üzərində qələbə qazanan (2:1) "Vulverhempton"un baş məşqçisi Qari Onil qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 40 yaşlı mütəxəssis fikirlərini "canavarlar"ın rəsmi saytına bölüşüb:
"Əlimizdə olan heyətin mümkün olanın ən yaxşısını etməsi, oyunun böyük hissəsində rəqibdən üstün görünərək qələbə qazanmağımız yetərincə ciddi məqamdır. Oyundan öncə komandanın həkimi Jan-Rikner Belleqard mənə zəng vuraraq Kreyq Dousonun da özünü yaxşı hiss etmədiyini dedi. Yekunda gənclərin xidmətindən də istifadə etməli olduq. BU, bizim kimi böyük olmayan komanda üçün çətin gün idi. Ancaq heyətdəki itkilərə baxmayaraq, "Çelsi"yə öz azarkeşlərimiz önündə problem yarada biləcəyimizi düşünürdüm. İlk yarıda tez-tez top itirsək də, qalan komponentlərdə özümüzü yaxşı tərəfdən göstərdik".