"Barselona"nın baş məşqçisi Xavi Yeni il arzularını dilə gətirib.
Fanat.Az xəbər verir ki, "Barca Universal" 43 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
"2024-cü ildə "Barselona"nın yaranmasından 125 il ötəcək. Bütün klubdakılara can sağlığı, sülh və idman uğurları arzulayıram. Yeni ildə mümkün qədər çox titul qazanmağa çalışacağıq. Əlbəttə, ötən il bizim üçün uğurlu oldu. Ancaq hələ bu mövsüm əsas hədəflərimizdən uzaq düşməmişik. Yeni ilin ən azı 2023 qədər yaxşı olmasını istəyirəm".
Xatırladaq ki, 38 xalı olan "Barselona" La Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. 1-2-ci yerləri isə hərəyə 45 xalla "Real Madrid" və "Jirona" bölüşür.