2021-ci ilin sentyabrından 2022-ci ilin yayına kimi "Əl-Rayyan"da çıxış edən "Real Madrid"in keçmiş yarımmüdafiəçisi Xames Rodriges Qətərə uyğunlaşmadan danışıb.
Fanat.Az xəbər verir ki, "Caracol" kolumbiyalının dediklərini belə çatdırıb:
“Qətər mədəniyyəti çox mürəkkəbdir. Bu ölkəyə uyğunlaşmaq çətin idi. Futbolçular duşa girəndə tamamilə soyunmalı olsalar da, bundan qorxurdular. Daim nədənsə ehtiyat edirdilər. Orada yeməyi əlləri ilə yeyirlər və mənim üçün də çətin idi. Əllərini yerə qoyub yemək yeyirlər. Mənə nəsə izah etməyə çalışırdılar. Amma qərara gəldim ki, elə yeməkdənsə, yeməmək daha yaxşıdır. Onlar dəlidilər”.
32 yaşlı futbolçu hazırda "San-Paulu"da çıxış edir.
Mirağa