"Mançester Yunayted"in sabiq qapıçısı David de Xea karyerasını digər İngiltərə klubunda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Ekrem Konur şəxsi "X" hesabı üzərindən yayıb.
Xəbərə görə, "Nyukasl" yaxın günlərdə 33 yaşlı ispan qolkiperə müqavilə təklif edəcəklər.
Qeyd edək ki, MY ilə müqaviləsinin müddəti bu yay başa çatan David hazırda azad agent statusu daşıyır.