"Jirona"nın yarımmüdafiəçisi Aleks Qarsiya "Barselona"nın maraq dairəsindədir.
Fanat.Az xəbər verir ki, bu barədə "Jijantes" məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçu kataloniyalıların qış transfer pəncərəsi üçün prioritet transfer hədəfidir.
"Barselona" "Jirona"ya oyunçularından birini və müəyyən məbləğdə pul təklif etməyə hazırlaşır.
Xavinin 26 yaşlı futbolçunu israrla istədiyi vurğulanıb. Üstəlik, Qarsiyanın müsahibələrinin birində gələcəkdə bu kluba keçmək arzusu ilə bağlı dediyi sözlər “Barselona”da yaxşı qarşılanıb.
Klub prezidenti Joan Laportanın yeni gəlir mənbələri axtarmaq üçün Dubaya getdiyi də əlavə olunub.
Mirağa