"Transfermarkt" portalı 2023-cü ildə qiyməti ən çox artan futbolçuların siyahısını təqdim edib.
Fanat.Az xəbər verir ki, bu göstəricidə lider "Real Madrid"in 20 yaşlı yarımmüdafiəçisi Cud Bellingemdir. "Brayton"un 19 yaşlı hücumçusu Evan Ferqyuson isə ikinci pillədə mövqe tutub.
"10-luq" isə belədir:
1. Cud Bellingem ("Real Madrid", 180 (+70) milyon avro).
2. Evan Ferqyuson ("Brayton", 65 (+64) milyon avro).
3. Lamin Yamal ("Barselona", 60 (+60) milyon avro).
4. Uorren Zair-Emeri (PSJ, 60 (+54) milyon avro).
5. Moyses Kaysedo (“Çelsi”, 90 (+52) milyon avro).
6. Xavi Simons ("Leyptsiq", 70 (+52) milyon avro).
7. Rasmus Hoylund ("Mançester Yunayted", 65 (+50) milyon avro).
8. Takefusa Kubo ("Real Sosyedad", 60 (+48) milyon avro).
9. Jeremi Doku ("Mançester Siti" 65 (+47) milyon avro).
10. Levi Kolvill (Çelsi, 55 (+45) milyon avro).