Rusiyalı məşqçi Maqomed Adiyev Qazaxıstan millisi ilə bağlı təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, Adiyev "Sports.ru"-ya açıqlamasında uğurlarının sirrindən danışıb:
“Qazaxıstan millisinə keçəndə bəzi futbolçular tənqiddən qorxurdular, buna görə yığmaya gəlmək istəmirdilər. “Yenə uduzacağıq, yenə tənqid edəcəklər" deyirdilər. Bir neçə oyundan sonra dəyişikliklər meydana çıxdı: bəli, yenə də uduzmaq olardı, amma Qazaxıstanla rəqiblərimiz arasındakı fərq artıq o qədər də nəzərə çarpmırdı. Futbolçular özlərinə və məşqçilər korpusuna inandılar, mübarizə apardıq, aciz görünmədik.
Qazaxıstanda futbolçuların xarakteri var, onlar əyilməzdirlər. Məncə, bu, hər bir qazaxın DNT-sində var - onlar köçəri, döyüşçü olublar. Sadəcə, futbolçuların ruhlarındakı bu simlərə toxunmaq lazım idi.
Komandanın xarakteri çoxdur. Onlarla işləmək mənim üçün çox asandır. Qazaxıstan millisinin gücü birlikdə, xarakterdə və barışmazlıqdadır. Biz bir fikrə inanırıq, məğlub olanda isə günahkar axtarmırıq. Mən həmişə matçlardan əvvəl deyirəm: “Biz stadiona başımız dik gəlməliyik və ən əsası, onu elə də tərk etməliyik”. Əminliklə deyə bilərəm ki, biz başımıza gələnlərə layiq idik”.
Qeyd edək ki, Adiyevin rəhbərliyi altında Qazaxıstan yığma 18 oyunda 10 qələbə qazanaraq AÇ-2024-ün seçmə mərhələsinin H qrupunda 4-cü yeri tutub. Gələn martda komanda turnirin seçmə pley-off mərhələsində Yunanıstanla qarşılaşacaq.
Mirağa