"Liverpul"un baş məşqçisi Yürgen Klopp cinah hücumçusu Məhəmməd Salahın Afrika Millətlər Kuboku - 2024-ə qatılmasının "qırmızılar"a necə təsir edəcəyindən danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" alman mütəxəssisin dediklərini belə çatdırıb:
"Bu, ilk dəfə deyil. Ötən il vəziyyət daha pis idi. Həm Mo Afrika Millətlər Kubokuna getmişdi, həm də Sadio Mane. Ancaq çətinliyin öhdəsindən gələ bildik. Öncədən bilirdik ki, Salah yenə gedəcək. Mövcud vəziyyətlə barışmalıyıq".
Qeyd edək ki, sözügedən turnir 13 yanvar - 11 fevral aralığında Fil Dişi Sahilində keçiriləcək.